Avqustun 12-də Sankt-Peterburqda keçirilən MDB Daxili İşlər Nazirləri Şurasının iclasında Azərbaycan Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun iştirakdan imtina etməsi sıradan bir qərar deyil. Bu addım, dövlətimizin dəyişməz prinsipial mövqeyinin, müstəqil siyasətinin və milli maraqları hər şeydən üstün tutmasının açıq göstəricisidir.
Azərbaycan heç bir beynəlxalq məkanda öz mövqeyini güzəştə getmir, lazım gəldikdə isə ən sərt və qətiyyətli şəkildə reaksiya göstərir. Bu, həm də dünyaya verilən açıq mesajdır dövlətçiliyimiz və suverenliyimiz danışıqlar mövzusu ola bilməz! Müstəqillik təkcə bəyanatlarla deyil, konkret addımlarla qorunur. Cənab Nazirin bu prinsipial qərarı isə hər bir azərbaycanlının milli maraqlarını ifadə edir və yüksək qiymətə layiqdir.
Əli İBRAHİMOV
Hüquqşünas,
Vəkil