Bu dəhşətli faktlara görə kimlər daha çox narahat olmalıdır?

Rusiyanın bir sıra tarixçi alimləri araşdırıb ki, 1812-ci ildə Rusiya-Fransa müharibəsində hər iki tərəfin razılığı ilə məqsəd Rusiyanın Böyük Tartariyadan qalma bütün türk-müsəlman əhalisini kütləvi qətlə yetirmək, eləcə də o əhalinin tarixi mərkəzlərindən biri sayılan Moskva şəhərini məhv etmək olub. Bu mənada həmin müharibədən dərhal sonra Rusiyanın Qafqazı, daha sonra isə Türküstanı işğal edərək yerli əhaliyə qarşı soyqırımları törətməsi eyni planın tərkib hissəsidir.

Araşdırmalarda bu fikirlər bir çox aspektlərdən əsaslandırlır, onların təfsilatına varmaq uzun çəkər. Alimlər deyir ki, Rusiya tatarlardan sonra bugünədək anqlo-saksların gizli müstəmləkəsidir və qanlı Ukrayna müharibəsi də anqlo-saksların əmri ilə davam etməkdədir. Bu müharibədə də Rusiyanın gənc türk-müsəlman kişiləri kütləvi şəkildə öldürülür.

Sizcə, bu dəhşətli faktlara görə kimlər daha çox narahat olmalıdır? Axı, həmin anqlo-sakslar və başqa əllamələr yeri düşən kimi bizi də öz maraqlarına qurban verməkdən çəkinməyəcəklər.

Səfər ALIŞARLI

Bizi izləyin və paylaşın