ELAZ.İNFO, BAKI, 05.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Pakistanın Ukraynaya tədarük etdiyinə görə Hindistanla müharibə üçün kifayət qədər sursat olmayacaq.
Məlum Hindistan-Pakistan qarşıdurmasının müharibəyə çevrilməsini istəyən qüvvələr münaqişəni qızışdırmaq niyyətindədirlər. Onlar güman edirlər ki, savaş başladığı təqdirdə Pakistan Hindistanın qarşısından geri çəkilmək məcburiyyətində qalacaq.
Dəyirmana su əvəzinə benzin tökən Hindistanın ANI agentliyi yazır ki, “Hindistanla silahlı münaqişə qızışarsa, Pakistanın sursat ehtiyatı cəmi dörd gün davam edəcək”.
Bu cür yanaşma tərzi təbii ki, problemin həllini deyil, savaşın qapılarını açır. İki qonşu dövlətin daima savaş durumunda olması hər iki xalqın və dövlətin inkişafına zərbədir. Digər tərəfdən qərəzli savaşların fayda gətirməyəcəyi də məlum məsələdir.
Agentlik daha sonra yazır ki, “Pakistan artilleriya mərmilərinin Ukrayna ordusuna tədarük edilməsinə görə qıtlıq yaşayır”.
İndiki halda düşmən düşməndir. Hindistan Pakistanı bir elə də əzif saya bilməz. Ən azı ona görə ki, Pakistan öz gücünə və qüdrətinə görə dünyanın 10 ən güclü ordusu sırasındadır.
İlahə BAYINDIR