Bu cür ədalətsiz ekspertlərdə Tanrı qorxusu, cəhənnəm əzabı anlayışları olmur

Dünya erməniçiliyinə, daşnak ideologiyasına xidmət edən rusiyalı ekspertlərdən biri də azaldı, sıradan çıxdı.

Söhbət tarixçi, şərqşünas, politoloq Stanislav Tarasovdan gedir.

Bu adam 1953-cü ildə Gəncədə anadan olsa da, lakin qatı türk düşməni idi.

Erməni lobbisinin ruporlarından biri olan “Regnum” İnformasiya Agentliyinin Şərq redaksiyasına rəhbərlik edən S.Tarasov hər fürsətdə Azərbaycan və Türkiyənin əleyhinə əsassız ittihamlar səsləndirir, qaralama təbliğatı aparır, tarixi həqiqətləri təhrif edirdi.

Və onun “boss”u, ermənipərəstlikdə az qala hamını kölgədə qoyan digər rusiyalı politoloq Modest Kolerov da öz növbəsində Tarasovun qatı türkəfobluğunu yüksək qiymətləndirirdi.

Tarasov dünən 72 yaşında gəbərib.

Təəssüf ki, bu cür ədalətsiz ekspertlərdə Tanrı qorxusu, cəhənnəm əzabı anlayışları olmur.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights