Bu ən doğru, ən hssas diplomatiq gedişdir

ELAZ.İNFO

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında bağlanmış straterji Tərafdaşlıq haqqında anlaşma, dövlətimizin beynəlxalq aləmdə siyasi və geosiyasi nüfuzunun güclənməsinə istiqamətlənən böyük siyasətimizə xidmət edən olduqca önəmli hadisədir. Dünyada ən qüdrətli güc mərkəzinin aparıcı dövləti olan ABŞ, bizim coğrafiyada da öz mövqeylərini gücləndirib ənənəvi geosiyasi rəqibini (Rusiyanı) üstələmək istəyirsə, biz də bu iki gücün bütün imkanlarından istifadə edib daha da güclənməliyik. Bu ən doğru, ən hssas diplomatiq gedişlərlə aparılan siyasətdir. Bu siyasət Azərbaycan dövlətinin geosiyasi mövqeylərini gücləndirir. Bütün bu mövqelərin möhkəmlənməsi, güclərdən istifadə edib güclənməkdir. Dünya belədir. Rusiya da, ABŞ da, İngiltərə də belə siyasətlə güclü olublar. Bütün bu proseslər bizdən sadəlöv olmamağı tələb edir. Yəni biz daim öz güc mərkəzimiz olan TDT-ni daim gücləndirməliyik! Çünki, dünya dəmir qanun olan güc qanunu ilə idarə olunur. İçində olduğumuz geosiyasi mübarizələrin əsas postulatlarından biri də budur ki, burda əbədi müttəfiqlik yoxdur. Burda əbədi maraqlar var! Ona görə məlumdur ki, bu gün Azərbaycan Respublikası ilə müttəfiq olanlara Azərbaycan maraqlıdır. Müəyyən müddətdən sonra bu maraqlar olmaya bilər. O zaman indiki müttəfiqlərimiz müttəfiqliyini saxlaya bilərlər. Yenə də başqa istiqamətdə olan maraqlarını qoruyarlar. Belə faktlar dünyada çoxdur. Ona görə də bizim evimizi, Türk Dünyasını Güc Mərkəzinə çevirmək Türk Dövlətlərinin əsas geostrateji hədəfidir. Bu gün ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında bağlanan anlaşma də, geostrateji hədəfimizə aparan, bu hədəfə istiqamətlənən böyük siyasətin tərkib hissəsidir. Sevindirici hall odur ki, bu geosiyasi “şahmat oyun”unda postulatları gözəl bilən prezident İlham Əliyev, dünyada hörmət və ehtiram olunan Liderdir!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights