15 APREL, ELAZ.İNFO
ELAZ.İNFO xəbər verir ki, tanınmış müğənni Britney Spears hava limanında qucağında yorğana bükülmüş oyuncaq uşağı olan mühafizəçisinin müşayiəti ilə görünüb. Əslində, mühafizəçi bütün bu müddət ərzində müğənninin ona etibar etdiyi bir kuklanı əlində daşıyırdı.
Britni artıq bir neçə il əvvəl qadağan olunmuş sosial şəbəkədə pərəstişkarlarını o oyuncaqla tanış etmişdi. Adı Brennan olan kuklasına əsl uşaq kimi yanaşır.
Şəkillər müğənninin pərəstişkarlarını şoka saldı. Onların bir çoxu Britneyin sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlarını dilə gətirdi və yenidən mütəxəssislərin köməyinə ehtiyac duyduğunu irəli sürdü. Bəzi istifadəçilər bu davranışın öz oğullarını böyüdə bilməməyin stresi ilə əlaqəli ola biləcəyinə inanır, bəziləri bunun terapevtik prosesinin bir hissəsi olduğunu düşünür.
Xatırladaq ki, müğənninin 2004-2006-cı illərdə evli olduğu Kevin Federlidən iki oğlu var -Sean və Jaydan. Page sexs yazır ki, uşaqlar qeyri-sabit zehni vəziyyətinə görə analarını uzun müddətdir ki, görmürlər.
Günel GÜNTAC