Elaz.info xəbər verir ki, Britaniya və Fransa Ukraynaya qoşun yeritmək planlarından geri çəkiliblər. Bu barədə “The Times” öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, “Londondakı danışıqlardan sonra bu planlarda öhdəliklərin müəyyən qədər yumşaldılması müşahidə olunur. Bəzi rəsmilər qorxurlar ki, Rusiya “Ukrayna ərazisində Britaniya və Avropa qoşunlarının olmasını heç vaxt qəbul etməyəcək, çünki bu, əsl “sülhməramlı missiya” deyil, “birtərəfli müdaxilə” kimi qiymətləndiriləcək. Bununla belə, “Britaniya təhlükəsizliyinə zəmanət vermək üçün Ukraynaya qoşun göndərmək planlarından əl çəkməyə hazır deyil”.
Yada salaq ki, ABŞ prezidenti Donald Trampın mətbuatda dərc olunan sülh planı atəşkəsdən sonra Ukraynaya avropalı sülhməramlıların yerləşdirilməsinə imkan verir, lakin onlara Amerikanın təhlükəsizlik zəmanətini vermir. Bunun üçün London və Paris öz qoşunlarını göndərmək istəmir.
Rusiya isə öz növbəsində bildirir ki, Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi III Dünya Müharibəsinə səbəb ola bilər.
İlahə BAYINDIR