Britaniya kitabxanasında əslən Şirvandan olan müəllifin əlyazması saxlanılır

ELAZ.İNFO, BAKI, 16.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Britaniya kitabxanasında “Or 10482” adı altında Azərbaycanlı müəlliin əsəri saxlanılır.

Bu Musa ben Aaron ben Şeerit Şirvani tərəfindən Şirvanşah I Xəlilullah dövründə, 1459-cu ildə yazılmış “Aqron” adlı ivritcə-farsca lüğətin əlyazmasıdır.

Əlyazmada Tövratı öyrənməyin yollarından bəhs edilir.

Musa ben Aaron ben Şeerit Şirvani yalnız əlyazmalardan məlumdur.

Onun əslən Şirvandan olduğu ehtimal edilir.

Yeri gəlmişkən məlumat verək ki, bu müəllifin başqa heç bir əsəri dövrümüzə gəlib çatmayıb.

ELAZ.İNFO

Bizimlə oxuyun
Verified by MonsterInsights