Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi (dünən axşam) deyib ki,
“Biz mümkün qədər tez danışıqlar stoluna qayıtmalıyıq. İnspektorların İran nüvə obyektlərinə qayıtmaları üçün imkan yaradılmalıdır”.
MKİ-nin agenti Qrossi tezliklə İranın nüvə obyektlərini yenidən inspeksiya etmək istəyir ki, bombalanmanın hansı nəticələr verdiyini, nəyin salamat qaldığını, zənginləşdirilmiş uranın harada olduğunu, öldürülmüş alimləri kimlərin əvəz etdiyini öyrənsin və ABŞ-İsrail duetinə ötürsün.
Amma nəinki uranı zənginləşdirən, hətta nüvə bombalarına malik olan İsrailin nüvə obyektlərini inspeksiya eləmək bu əclafın “ağlına gəlmir”.
BAEA-nın icazəsi və tam nəzarəti altında layihələndirilən, tikilən və istismar edilən nüvə obyektləri bombalanır, lakin Qrossinin səsi çıxmır; bu obyektlərdə BAEA-nın inspektorları ilə əməkaşlıq edən iranlı fiziklər ailə üzvləri və qonşuları ilə birlikdə terrorla öldürülür, Qrossi ağzına su alır. Lakin İsrailin vurduğu obyektlərdə İranın nüvə proqramı üzrə hansı detalların hazırlandığı barədə dərhal izahatlar verir. Sanki Mossadın mətbuat katibidir.
Əgər BAEA-ys üzvlük nüvə obyektinin bombalanmayacağına təminat vermirsə, onda bu təşkilata üzv olmaq, onun sonsuz inspeksiyalarına dözmək, üzvlük haqqı ödəmək nəyə lazımdır?
Əslində, İran bu fransız gədəni persona-non-qrata elan etməlidir. İsrail Fələstin soyqırımını yüngülcə pislədiyinə görə BMT-nin baş katibini persona-non-qrata elan edə bilir, İran BAEA-nın məlumatları əsasında ona dəyən nəhəng humanitar və texniki zərərə görə Qrossini edə bilməz?!
Məncə, BRICS ölkələri BAEA-nın alternativini yaratmalıdırlar.
Asif ŞƏFƏQQƏTOV