ELAZ.İNFO, BAKI, 05.05.2025.
ELAZ.İNFO xəbər verir ki, 2025-ci ilin iyul ayı üçün Brent markalı neftin fyuçers müqavilələrinin qiyməti Londonun ICE birjasında aprelin 9-dan bəri ilk dəfə bir barel üçün 59 dollardan aşağı düşüb.
TASS yazır ki, Bakı vaxtı ilə saat 2:00-a (4 may GMT ilə 23:00) olan məlumata görə, Brent markalı neftin qiyməti 4,54% ucuzlaşaraq bir barel üçün 58,88 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 2:017-də (4 may GMT 23:17) Brent bir barel üçün 58,9 dollara (-4,15%) satılırdı. Eyni zamanda, 2025-ci ilin iyun ayında tədarük üçün WTI markalı neftin fyuçersləri 4,28% azalaraq bir barel üçün 55,88 dollar təşkil edib.
İlahə BAYINDIR