Bred Pitt Ancelina Colidən boşandığına görə peşiman olub

Bred Pittin Ancelina Colidən boşandıqdan sonra “ən böyük peşmanlığı” məlum olub.
ELAZ.İNFO xəbər verir ki, Ancelina Coli ilə mübahisəli boşanma prosesi keçən Bred Pitt övladları ilə münasibətlərinin pisləşməsini “ən böyük peşmanlığı” olaraq görür. Ailəyə yaxın bir şəxsin sözlərinə görə, məşhur aktyor illərdir davam edən sınaq prosesindən sonra rahatlaşsa da, bu travmanın izlərini ömrünün sonuna qədər daşıyacaq.
Hollivud ulduzu Bred Pitt Ancelina Coli ilə evliliyinin bitməsindən illər keçməsinə baxmayaraq hələ də peşmançılıq hissi ilə üz-üzədir. 61 yaşlı aktyorun boşanma prosesindən sonra uşaqları ilə münasibətini itirməsini “ən böyük peşmanlığı” olaraq gördüyü öyrənilib.

Ailəyə yaxın bir şəxsin sözlərinə görə, Pitt uzun illər boşanmanın kölgəsi altında yaşayıb və bu proses onun şəxsi həyatına dərindən təsir edib. O bildirib ki, “Boşanma uzun müddət həyatını idarə etdi. O, Ancelinanı çox sevirdi və etdiyi səhvlərin fərqindədir” sözlərini ifadə edib.

Bred Pitt və Ancelina Colinin 8 illik boşanma prosesindən sonra övladları ilə münasibətlərinin ciddi şəkildə pozulduğu və məşhur aktrisanın bu bağın düzəldilə bilməyəcək həddə çatdığına inandığı bildirilir.

Məlumat üçün bildirək ki, Pitt və Coli 2005-ci ildə “Mr. & Mrs. Smith” filminin çəkiliş meydançasında tanış olublar və 2014-cü ildə evləniblər. Lakin Coli 2016-cı ildə şəxsi təyyarədə baş verdiyi iddia edilən mübahisədən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Coli iddia edib ki, Pitt sərxoş olarkən ona və uşaqlarına fiziki və şifahi təcavüz edib. Sözü gedən hadisə və ondan sonrakı hüquqi proses də onun uşaqlarla münasibətinə dərindən təsir edib. Ailəyə yaxın bir şəxs “Təyyarədə baş verən hadisə və sonra baş verənlər də uşaqları ona qarşı yönəltdi. Bununla belə, Bred baş verən hər şeydə Ancelini günahlandırmır” deyə söyləyib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights