Böyük imperiyalar zəifləyəndə öz keçmiş əzəmətini imitasiya etməyə başlayırlar. Məsələn, kiçik bir dövlət tapıb, bir bəhanə ilə onunla müharibə aparır və məğlub edirlər və ya nümayişkaranı şəkildə hədə-qorxu gəlib, ram edirlər, yaxud öz ölkəsində nəhəng və ya “qızıl”, “möhtəşəm” epitetli tikinti işlərinə başlayırlar və s. Bir sözlə, həm öz vətəndaşlarına, həm də başqa ölkələrə göstərmək istəyirlər ki, baxın, mən hələ güclüyəm. Bu zaman necə gülünc göründüklərini hiss etmirlər.
Bir şəxs ki, güclü olduğunu nümayiş etdirməyə ehtiyac duyur, deməli, onu artıq güclü saymayanlar çoxdur. Bu dövlətlərə də aiddir.
O adam qışqırır ki, onu eşitmirlər.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
