ELAZ.İNFO xəbər verir ki, dünyanın 2 nömrəli raketka ustası Yannik Sinner “Böyük Dəbilqə” turnirlərindəki heyrətamiz seriyasını davam etdirə bilməyib. İtalyan tennisçi “Australian Open”in yarımfinalında serbiyalı əfsanə Novak Cokoviçə məğlub olaraq turnirlə vidalaşıb.
Bu məğlubiyyət Sinner üçün bir ilkdir. Belə ki, gənc idmançı son 5 “Böyük Dəbilqə” turnirinin hər birində finala yüksəlməyi bacarmışdı. Onun bu uğurlu seriyası 2024-cü ilin “US Open” turnirindən başlamışdı. Qələbələr: “Australian Open” (2024, 2025), “US Open” (2024), “Wimbledon” (2025); Finallar: “French Open” (2025) və “US Open” (2025) turnirlərində həlledici oyuna çıxıb (Karlos Alkarasa məğlub olub); Reytinq: Cəmi 66 həftə dünya reytinqinə liderlik edib. Hazırda 24 yaşı olan Sinnerin aktivində 24 ATP titulu və İtaliya millisi ilə qazanılmış iki “Devis Kuboku” (2023, 2024) var.
Xatırladaq ki, builki “Australian Open”in finalı fevralın 1-də Karlos Alkaras və Novak Cokoviç arasında baş tutacaq. Turnirin ümumi mükafat fondu təxminən 75 milyon dollar təşkil edir.
Ruslan MƏMMƏDOV