- ADİU — 351-400
- BDU — 401-500
- ADNSU — 601-800
- ATU -800+.
Ölkəmizin daha 9 universiteti reytinqə “reportyor” qismində daxil olub.
Qeyd edilir ki, reytinq elmi mükəmməlliyi artırmaq və fənlərarası əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb və universitetlərə fənlərarası tədqiqatları qiymətləndirməyə kömək etmək üçün nəzərdə tutulub.
Tədqiqat universitetlərin fəaliyyətini üç əsas istiqamət üzrə ölçür:
- Resurslar (maliyyələşdirmə);
- Proses (uğur ölçüləri, imkanlar, inzibati dəstək və yüksəliş);
- Nəticələr (nəşrlər, tədqiqatın keyfiyyəti və reputasiyası).
Qeyd edək ki, “Interdisciplinary Science Rankings” universitetlərin fənlərarası elmə töhfəsini ölçən və qlobal problemləri həll etmək üçün elmlərarası əməkdaşlığı qiymətləndirən ilk
reytinqdir.
Universitetlərimizin uğuru təbii ki, bizi çox sevindirir, amma … müəyyən suallar da doğurur. Qiymətləndirilmə aparılan 3 istiqamətin heç birində bizim universitetlərimizin elə bir ciddi uğurları heç vaxt olmayıb, elə indi də yoxdur. Universitetlərimizin reytinlərdə belə “sıçrayış”ı bizdə hım də təəccüb doğurur.
Əgər universitetlərimiz illər ərzində dövlətdən heç bir qrant almadan, 30 il ərzində universitetlərdə elmi tədqiqatlar maliyyələşmədən, ölkədə sanballı elmi jurnallar nəşr edilmədən, ciddi elmi nailiyyətlər qazanılmadan, heç bir innovasiyalar yaratmadan, illər ərzində heç bir elmi nəticələr kommersiyalaşmadan, tədqiqatların aparılması üçün müasir laboratoriya və avadanlıqlar olmadan, ölkədə 30 ildə bir dənə də olsun “Tədqiqat Universiteti” yaradılmadan, universitetlərimiz nəinki elmi nəticələrin ixracından, hətta yerli əhəmiyyətli elmi tədqiqatlardan pul qazanmadan, ölkədə heç bir müştərək, beynəlxalq səviyyəli elmi tədqiqatlar aparılmadan, nəinki fənnlərarası, heç ayrı-ayrı sahələrdə belə ciddi elmi nəticələr almadan belə reytinqlərdə yer “qazanmaq”, əsl fantastikadır, əsl möcüzədir. Bizim məmurlar elm və təhsilin təşkili və idarəsində heç bir uğur əldə edə bilməsələr də, elmə investisiyalar etməsələr də, belə ucuz yollarla çox “bahalı” reklamlara ifrat səxavətlidirlər.
Beynəlxalq elmi nüfuz elmi nailiyyətlərlə, sanballı elmi jurnallarla, alimlərimizin xarici elmi konfranslardakı plenar və bölmələrdəki məruzələri ilə, alınan patent və ixtiralarla, bunlardan qazanılan milyonlarla ölçülür.
Əgər həqiqətən də elmimiz bu yüksəklikdədirsə, onda 1-2 il əvvəl elm nazirimiz niyə ” … mən ölkədə alim tanımıram” deyirdi? İndi kimə inanaq: nazirə, yoxsa reytinqlərə?
ETN öz məhdud potensialını belə qeyri rentabelli və ucuz PR layihələrə sərf etməkdənsə, ölkə prezidentinin AMEA-nın yubileyindəki məruzəsini diqqətlə öyrənsin, nəhayət ki, ölkə elminin inkişafı və iqtisadiyyata faydalı olması yollarını tapsın.
İqtisadiyyat indi elmdən pul gözləyir, PR yönlü, mənasız elmi israfçılığı yox.
Dosent İlham ƏHMƏDOV