-Rusiya niyə birdən sülhə maraqlı oldu?
2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycana əvəzsiz siyasi-diplomatik və psixoloji dəstək verən Türkiyə, Pakistan, Böyük Britaniya və İsrail hal-hazırda aralarında müəyyən çəkişmələrlə gündəmə gəlsə də, əslində eyni məqsədi hədəfləyir.
Böyük Britaniyanın Ermənistanla hərbi əməkdaşlıq anlaşması Azərbaycana qarşı deyil, əksinə bu anlaşma Azərbaycanın maraqlarının təmini üçün imkanlar açır. Anlaşma Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə qarşı aktivliyi fonunda Paşinyan iqtidarına dəstək məqsədi təbii ki, Rusiyanın regiondan sıxışdırılması üçün Ermənistana daha geniş hərbi – siyasi manevr imkanları verir.
Zəngəzur dəhlizinin açılması eyni zamanda perespektivdə dəhlizə nəzarətdən Rusiyanın uzaqlaşdırılması fonunda görünür. Son zamanlar Qarabağ separatçılarının Rusiyanın təsiri ilə dirçəlməsi də, Paşinyan iqtidarı üçün əlavə xarici dəstəyi şərtləndirir. Artıq məlumat var ki, Ermənistanda Qarabağ separatçıları Samvel Şahramanyana, Samvel Babayana qarşı cinayət işi açılıb və onların həbsi mümkün görünür.
Pezeşkianın Azərbaycana səfərindən sonra ABŞ-la nüvə razılaşmasının mümkünlüyündən sonra İranın Zəngəzur dəhlizi ilə bağlı sərt çıxışı gözlənilən idi. Hərçənd ki, İrana qarşı ritorik təzyiqlərdən başqa, üfuqdə əhəmiyyətli hərbi müdaxilə mümkün də deyildi. Britaniyanın Ermənistanda mövcudluğu Zəngəzur dəhlizinin fəaliyyətini tezləşdirə bilər.
Azərbaycanın Ermənistan və onun havadarları üzərində, Türkiyənun hərbi-iqtisadi inkişafı və Suriyada Bəşər Əsəd rejimi üzərində və nəhayət, Pakistanın Hindistan üzərində qələbədən sonra, bu qalib üç ölkə liderlərinin Laçında üçtərəfli görüşü yeni dünya düzənin formamalaşmasının əsas amillərdən biri kimi özünü təqdim edir. Heç şübhəsiz ki, Türkiyə, Azərbaycan və Pakistan İttifaqı Böyük Britaniyanın planlarına və siyasi məqsədlərinə uyğundur və çox güman ki, Ermənistanın da bu çətir altına sığınması üçün şərait formalaşdırılır.
Son günlərdə də, Böyük Britaniya baş naziri Kir Ştarmerə qarşı Rusiyada geniş antitəbliğatın aparılması onu göstərir ki, Rusiyaya üçün Kir Starmer Boris Consondan da təhlükəli fiqurdur. ABŞ prezidenti Donald Trampın Rusiya isti münasibəti və keçmiş NATO üzlərinə qarşı sıxışdırıcı siyasəti Almaniya, Fransa və Böyük Britaniyanın real birliyini önə çıxardı. Artıq bu birlik Donald Trampı hesaba almadan gedişlərini efektli koordinasiya edir.
Rusiya isə həm Ukraynanın dirənişi və Avropanın aparıcı ölkələrinin Ukraynaya real dəstəyi fonunda, Ukrayna ilə müharibədən çıxmağa çox maraqlıdır. Əbəs deyil ki, rəsmi Moskva Avropa ölkələrini Ukrayna ilə sülhə mane olmaqda ittiham edir. Rusiya anlayır ki, artıq geri sayım başlayıb…
Vüqar DADAŞOV
Politoloq