ELAZ.İNFO xəbər verir ki, Böyük Britaniya bu gün Gürcüstanın Baş Prokuroru Giorgi Qabitaşviliyə, DİN rəhbərinin müavini Şalva Bedoidzeyə, Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo (Koka) Katsitadzeyə və DİN-in Xüsusi Tapşırıqlar Departamentinin rəhbərinin müavini Mirza Kezevadzeyə maliyyə sanksiyaları tətbiq edib.
Gürcüstanın “Tv Pirveli” telekanalının yaydığı məlumatda deyilir ki, artıq adları qeyd olunan şəxslərin “Gürcüstan Bankı” bankındakı hesabları bağlanıb, plastik bank kartları bloklanıb.
Günel GÜNTAC