Boş qazanları danqıldayan gördüm elə…

Adam gərək boyundan yuxarı danışmaya. Ataların nə gözəl sözləri varmış. Ədəb-ərkanı, örf-adəti özündə əks etdirən qızıl qiymətində olan sözləri məsələ, nümunəyə çevirib cəmiyyətdə yayıb böyüklərimiz. O sözlər, məsəllər, nümunələr əsrləri adlayaraq bu günümüzə gəlib çıxıb və mövcud cəmiyyətdə etalona dönüb. Özünə, sözünə sahib çıxanlar bu sözləri, nümunələri örnək bilərək davranıblar, yaşayıblar və davranmaqda, yaşamaqdadırlar.

Təəssüflər olsun ki, alaq otları hər zaman mövcud olub, sarmaşıq hər zaman uca çinara dolaşıb, ala qanqal gözəl yaşıllıqların içində bitərək əllərimizi dalayıb, palçıq həmişə üst-başımızı, əl-ayağımızı batırıb. Görünür gözəlliklərin qədrinin bilinməsi üçün bu kimi sevmədiyimiz, hörmət etmədiyimiz çirkablara da bulaşmamalıyız.

…Kimsə unutmasın, yazı yazan Tanrıdır. Kimsə o yazıdan kənara çıxa biməz. Hə, bir də hərənin əlində bir qələm olsaydı ən gözəl bəxti, taleni özünə yazardı.

Adamda gərək utanmaq, vicdan hissi olsun; atasız balaların qəlbini qırmaq…. Allah ağıl, fikir versin. Boş qazanları danqıldayan gördüm elə… Danqıldayıb səs saldılar, biri də gəlib, yağlı söyüş söydü, bir təpik də vurub getdi. Qulağımız qaldı danqa-dunqda…

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights