Sülh Şurasının yaradılması üçün ABŞ prezidenti Donald Trampın təsisci dövlət kimi Azərbaycan Prezidenti İlham Əliyevi dəfət etməsi və bununla da şərəf duyması, hər bir soydaşımız kimi məni də qürurlandırır. Azərbaycan dövləti və onun rəhbəri dünyada qlobal proseslərdə bərabərhüquqlu tərəfdaş olaraq qəbul olunur. Viran edilmiş Qəzzanın yenidən bərpası üçün Sülh Şurasını yaratmaq və digər ölkələri dəvət edib hər bir ölkədən bir milyqrd vəsait toplayıb xəyalları gerçəkləşdirmək mümkündür. Bu prosesi davam etdirərək Qəzzadan sonra Ukraynanı da, Qarabağı da və dünyanın hər yerində uzun müddətli münaqişələrə son qoymaq, əziyyət çəkən insanlara yardım etmək, dağılan şəhərləri və kəndləri bərpa etmək, gerçəkdən də xəyalların gerçəkləşməsi deməkdir.
Məlumdur ki, bu gün dünyada geosiyasi müharibələrin fonunda sürətlə qütübləşmə prosesləri də gedir. Yəni heç bir dövlət daha heç bir dövlətin və ya dövlətlər birliyinin vassalı olmaq istəmir. BMT və onun Təhlükəsizlik Şurası işləməyən bir qruma çevrilib. Sülh Şurası Beynəlxalq təşkilat olaraq BMT-nin həll edə bilmədiyi işləri görə biləcəkmi? Sülh Şurası Beynəlxalq təşkilat olaraq dünyanın hər yerində azadlığı, sülhü, bərabərliyi təmin edəcəkmi? İranda 100 il haqqı pozulan Azərbaycan Türklərinin haqlarını bərpa edəcəkmi? Suriyada, İraqda, Çində ən adi hüquqları olmayan Türklərə kömək edə biləcəkmi? Ağır gedən yeni dünya nizamının qurulması prosesində, Sülh Şurası dünya nizamının daha ədalətli olması üçün fəaliyyətdə ola biləcəkmi? Bütün bu çətin sualların cavabını bu təşkilatın gələcək fəaliyyətində görə biləcəyik. Hər halda bu olduqca bəyənilən bir başlanğıcdır.
Şülh Şurasının Beynəlxalq təşkilat olaraq yaradılmasına geosiyasi müharibələr prizmasından baxmağa çalışaq. ABŞ rəhbərlik etdiyi güc mərkəzi, dünyanın ən böyük güc mərkəzidir. Rusiya bu güc mərkəzinin ənənəvi rəqibidir. Ona görə də Davosda 19 ölkə Qəzzanın yenidən qurulması üçün toplaşdığı bir vaxtda Fələsdin rəhbərinin Moskvada V.Putinlə görüşməsi, Rusiyanın öz geosiyasi mövqelərini gücləndirməsi uğrunda mübarizəsini göstərir. Putin Mahmud Abbasa bildirir ki, biz də Qəzzanın bərpası üçün Rusiyanın dondurulmuş vəsaitindən bir milyard ayıraçığıq. O bilir ki, bu vəsait onun üçün ölü puldur. Sadəcə siyasi və geosiyasi danışıqlarla müxtəlif gedişlər edir. Çünki, yəqin Rusiya belə güman edir ki, Sülh Şurası Beynəlxalq təşkilatı, ABŞ-ın əlində siyasi təsir aləti olacaq. Ona görə də Fələstin üzərində təsir rıçaqları olan Rusiya M. Abbasla görüşməsi ilə ABŞ-a mətləb anlatmağa çalışır. Rusiya anlayır ki, Qəzzadan sonra ABŞ Prezidenti Şülh Şurasında Ukraynanın bərpası məsələsini təklif edə bilər. Rusiya Ukraynanı öz ərazisi hesab etdiyinə görə ABŞ-nı təkliflərinə razı olmayacaq. Beləliklə Sülh Şurası geosiyasi müharibələrin və qütübləşmə prosesinin getdiyi zaman yarandığı üçün ciddi maneələrlə raştlaşma ehtimalı var. Sülh Şurasının yarandığı ərəfədə Çindən İrana iki gündə 16 hərbi yük təyyarəsi eniş edib. Ermənistana Hindistan raketlər göndərib. Bütün bu hadisələr Sülh Şurasının olduqca gərgin bir zamanda yarandığını göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ prezidenti Donald Trampa cavab məktubunda inamını bildirir. “İnanırıq ki, Sulh Şurası səmərəli Beynəlxalq Təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.” Biz də buna inanırıq. Kaş xəyallar kerşəkləşsin.
Sevindirici hall odur ki, Azərbaycan prezidenti geniş geostrateji təfəkkürə malik olan bir rəhbəərdir. O hər bir halda, hər bir təşkiltda ancaq Azərbaycan dövlətinin və Türk Dövlətləri Təşkilatının güclənməsinə istiqamətlənən siyasət aparır. Prezidentimiz dəqiq bilir ki, bizim evimiz Türk Dünyasıdır! Türk dövlətlərinin hədəfi, TDT-ni güc mərkəzi səviyyəsində qüdrətli və güclu etməkdir!
Tahir Ələkbərov