ELAZ.İNFO xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası cümə günü İsrail-Fələstin münaqişəsində iki dövlət həllini canlandırmaq məqsədi daşıyan “Nyu-York Bəyannaməsi”ni qəbul edib.
Məlumat üçün bildirək ki, 142 ölkə lehinə, 10 ölkə əleyhinə, o cümlədən İsrail və ABŞ, 12 ölkə isə bitərəf qalıb. Mətn birmənalı olaraq HƏMAS-ın hücumlarını pisləyir, ondan silahlarını yerə qoymağı və bütün girovları azad etməyi tələb edir.
Günel GÜNTAC