ELAZ.İNFO xəbər verir ki, avqust ayının 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı öz işinə başlayıb. Konfrans avqustun 8-dək davam edəcək. Konfransda Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndəsi olaraq Nədimə Rəhimli də iştirak edir.
Nədimə Rəhimli bizimlə söhbəti zamanı bildirdi ki, “konfransın ilk günü Parlamentlərarası və Vətəndaş Cəmiyyəti Forumlarının açılış mərasimi oldu. Milli Məclisin spikeri Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən 1-ci sessiyasına sədrlik etdi. Spiker Azərbaycanın müvafiq istiqamətlərdə gördüyü işlər barədə forum iştirakçılarını məlumatlandırdı”.

Nədimə Rəhimli daha sonra qeyd etdi ki, “Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimində isə BMT-nin az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ofisinin Baş katibin müavini və Ali nümayəndəsi Rabab Fatima, BMT-nin İqtisadi və Sosial Şurasının yeni prezidenti Lok Bahadur Thapa çıxış edərək, LLDC ölkələrdə Vətəndaş Cəmiyyəti institutlarının vacib rolundan bəhs etdilər. Növbəti günlərdə Konfransın tərkib hissəsi kimi Qlobal Cənub əməkdaşlığı, Qadın Liderlər və digər mühüm mövzularda Forumların baş tutacağı gözlənilir.
İlahə BAYINDIR