BMT ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edəcək

ELAZ.İNFO xəbər verir ki, 15 dekabr tarixində beynəlxalq ictimaiyyət ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edəcək.

Bu günün təsis edilməsi ilə bağlı qərar noyabr ayında Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransında qəbul edilib. Tarixin seçilməsi simvolik məna daşıyır. Məhz 15 dekabr 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen qədim türklərə məxsus ən qədim yazılı mənbələrdən biri olan Orxon yazılarının uğurla deşifrə edildiyini elan edib.

Məlumat üçün bildirək ki, Dünya Türk Dilləri Gününün təsis edilməsi təşəbbüsü Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən irəli sürülüb və 21 ölkə tərəfindən dəstəklənib. Yeni bayramın məqsədi dilçilik tədqiqatları, təhsil və mədəni mübadilə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın təşviq edilməsidir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights