BMT “ikili standartlar” və “qərəzkarlıq” yuvasına çevrilməməlidir

Hegemon dövlətlərin etdikləri səhvləri kim düzəltməlidir? Bu, BMT-nin birbaşa funksiyası deyilmi?! Axı bütün dövlətlərin ədalət çərçivəsində rəftarlarına cavabdehliyi öz boynuna götürən yegənə və şəriksiz (inhisarçı)  təşkilat BMT-dir!

Çıxış yolu kimi, təklif edərdim ki, bütün iri təşkilatlarda olduğu kimi, BMT  də özünün regional qurumlarını (filiallarını) yaratmaqla öz strukturunu təkmilləşdirsin. Yəni, ayrı-ayrı qitələr üzrə (Avropa, Asiya, Afrika, Amerika qitələri üzrə) regional filiallar yaratsın ki, hər qitədə yerləşən dövlətlər özlərinin yerli və ya lokal  problemlərini özləri həll etsinlər. Doğrudan da, nə üçün “Kəşmir promlemini”, “Fələstin poblemini”, “Qərbi Azərbaycan problemini” və s. bu kimi digər problemləri həmin regionlarla bilavasitə qonşu (həmsərhəd) olan dövlətlər həll etməsinlər?! Axı yaranmış (və yaxud, yaradılmış) belə problemlər ilk növbədə bu dövlətlər üçün təhlükə və ya təhdid mənbəyidir. Nə üçün “Qərbi Azərbaycan problemi”nin həlli məsələsi bu regionun qonşu dövlətlərinə – İran, Türkiyə, Gürcüstan, Azərbaycan və Ermənistana tapşırılmasın?! Nə üçün BMT səviyyəsində məntiqsiz həmsədrlər institutu yaradılıb? Niyə bu qondarma qurum ləğv edilmir? ABŞ-ın, Rusiyanın, Fransanın bu regionla hər hansı bir sərhəddi varmı? Təbiidir ki, onlar öz maraqlarını (ola bilsin ki, digər maraqları da) güddükləri üçün bu problemin həllində ciddi addımlar atmaq istəmirlər və problemlər də həll olunmamış qalır.

BMT-ni nüfuzdan salan arqumentlərdən biri də budur. Əgər regional səviyyədə həll edilməyən problemlər ortaya çıxarsa, BMT-nin Ali Şurası məsələyə obyektiv müdaxilə etməklə və qitələr üzrə millətlər təşkilatlarının nümayəndələrinin iştirakı ilə problemi həll etməlidir. Hesab edirəm ki, 1945-ci ildə  xoş niyyətlə yaradılmış BMT “ikili standartlar” və “qərəzkarlıq” yuvasına çevrilməməli, zamanın hökmü ilə baş verən dəyişiklikləri nəzərə almaqla öz strukturunu yeniləşdirməli və öz nizamnamə funksiyalarını obyektiv icra edəcək bir beynəlxalq təşkilata çevrilməlidir.

Ağasəf İMRAN

İqtisadçı alim

Bizimlə oxuyun
Verified by MonsterInsights