BMT-də Fələstinin tanınması məsələsinə baxılacaq

Yazıq Makron… evdə Bricit onu alçaldır, onun əlindən qaçıb ABŞ-a gəlir, burda da Tramp onu alçaldır.

Bu gün Makron BMT BA-nın konfransında iştirak etmək üçün Nyu-Yorka gəlib. Orada çıxış edib, Fələstini tanıdığını bəyan edəndən sonra Fransa səfirliyinə gedəndə onun kortejini saxlayıblar. Niyə? Sən demə, Trampın korteji üçün yollar bağlanıbmış.

Belə şeyə öyrəşməmiş Fransa lideri dözməyib, maşınından düşür və telefonu ilə Trampa zəng edir adam balası kimi izah etsin ki, yaxşı deyil, qonağı – Avropanın ən böyük liderini yolda gözlətmək hörmətsizlikdir, camaat baxır, Bricit bunu bilsə, məni öldürər və s.

Amma yalnız bunları deyə bilir: “Təsəvvür edirsiniz, mən indi yolda gözləyirəm, çünki sizə görə hər yer bağlanıb”.

Tramp nə cavab veribsə, Makron davam etməyib. Yəqin, deyib ki, bizdə demokratiyadır – sən də hamı kimi gözləməlisən.

Nə başınızı ağrıdım. Makron gözləyir-gözləyir, görür yolu açmaq fikirləri yoxdur, maşından düşüb piyada getməyə məcbur olur.

Bu tamaşanı isə, məncə, Tramp qəsdən qurmuşdu. BMT-də Fələstinin tanınması məsələsinə baxılacaq. Bu məsələdə Makronun flaqmanlıq etməsi, bunun sayəsində ölkəsində və Yaxın Şərqdə reytinqini artırmaq istəyi Trampın xoşuna gəlməmişdi. Dərsini verdi…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights