ELAZ.İNFO xəbər verir ki, Fransa və Böyük Britaniya başda olmaqla 10 ölkənin lideri son iki gündə Fələstini dövlət kimi tanıdıqlarını bəyan ediblər.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu mənada Fələstin sammitinə çevrilib. Böyük Britaniya, Avstraliya, Portuqaliya və Kanada qərarlarını bir gün əvvəl elan etmişdilər.
Baş Assambleya zamanı Fransa, Monako, Lüksemburq, Belçika, Malta və Andorra Fələstini dövlət kimi tanıdıqlarını elan etdilər. Bu addımlarla Fələstin Dövlətini tanıyan 193 BMT üzvü olan ölkədən 156-sı Fələstini tanımış oldu. BMT üzvü olmayan Vatikan da Fələstin Dövlətini tanıdı.
Bu addım Fələstin və Yaxın Şərq üçün tarixi tərəqqiyə işarədir. İki dövlətli həllin vacibliyini vurğulayan liderlərin hərəkətləri hələlik simvolik olaraq qalsa da, Qəzzada soyqırım müharibəsini davam etdirən İsrailə beynəlxalq təzyiqlərin əhəmiyyətli dərəcədə artdığını göstərir.
İlahə BAYINDIR