Bizim günlərin bənzərsiz məhəbbət hekayəsi

ELAZ.İNFO xəbər verir ki, 32 il əvvəl Kəlbəcər uğrunda döyüşlərdə şəhid olan və bugünlərdə nəşi tapılan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyevanın söylədikləri bizim günlərin əsl məhəbbət hekayəsidir.

Sevda xanım xatirələrini belə dilə gətirir:

“Mehman itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim.

Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq.

Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım”.

Şəhidimizin ruhu şad olsun!

Bəybala MİRZƏYEV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights