Bizim ETN Qazaxstan ETN-dən fərqli olaraq, universitetləri yox, yalnız uşaq bağçalarını idarə edir

ELAZ.İNFO xəbər verir ki, dosent İlham Əhmədov özünün sosial şəbəkə hesabında bildirib ki, deyəsən,bizim ETN Qazaxstan ETN-dən fərqli olaraq, universitetləri yox, yalnız uşaq bağçalarını idarə edir.

açıqlamasında qeyd edir: “Qazaxıstan ETN 1 universitetə 1 ildə verdiyi qrantların sayı, bizim 50 universitetin 50 ildə aldığı qrantların sayından 50 dəfə çoxdur. Qazaxstan ETN həm universitetləri, həm də uşaq bağçalarını uğurla idarə edirlər. Amma bizim ETN universitetlərə verilməli olan qrantları, dostların özəl bağçalarına, onların sahibkarlıq fəaliyyətinin inkişafına yönəldir. Ona görə də, bizim universitetlər Qazaxstan universitetlərinin 2010-cu ildəki səviyyəsinə hələ də çata bilməyiblər. Deyəsən bizim ETN Qazaxstan ETN-dən fərqli olaraq, universitetləri yox, yalnız uşaq bağçalarını idarə edir”.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights