Bizim analar oğullarını bölüşmək istəmir

Bizim Azərbaycan qadınları, anaları oğlanlarını evləndirdikdən sonra onları gəlinləri ilə bölüşmək istəmirlər. Oğlanlarını yeri gəldi, gəlmədi gəlinə qısqanırlar. Hər zaman ailə-məişət münasibətlərində ön planda olmaq istəyirlər. Bu cür yanaşma tərzi isə gəlin-qaynana münasibətlərinin pozulmasına gətirib çıxarır. Bir çox hallarda isə yenicə qurulan gənc ailələr bu gəlin-qaynana problemi üzündən dağılmağa məhkum olur. Bizim analardan fərqli olaraq, digər xalqların qadınları isə məsələyə başqa aspektdən yanaşırlar. Bu yazımızda sizə yəhudi qadınların evlənən oğullarına məsləhətlərini sizə təqdim edirik:

-“Heç vaxt bizə xanımından şikayət etmə, unutma ki, həyat yoldaşını özün seçmisən”.

-“Evə qayıdarkən gülümsə, unutma ki, sən həyat yoldaşın və övladın üçün rahatlıq və ümid mənbəyisən”.

-“Xanımını hər ad günündə, bayramlarda, toy gününüzün ildönümündə təbrik et, qadın üçün bu, olduqca vacibdir”.

“Həftədə cəmi bir axşamı dostlarınla keçir, qalan günlərdə ailənə vaxt ayır”,.

“Heç vaxt xanımının valideynlərini tənqid etmə, unutma ki, həyat yoldaşı seçdiyin qadını onlar dünyaya gətirib”.

-“Anam daha yaxşı yemək bişirirdi” sözünü heç vaxt xanımına demə”.

-“Unutma ki, indi sənin həyatında əsas qadın həyat yoldaşındır”.

-“Xanımının bişirdiyi yeməkləri pisləmə, yemək dadsız olsa belə”.

– “Hər gün kitab oxu, nəsə öyrən, bu, gündəlik və gələcək həyatında sənə çox lazım olacaq”.

– “Heç vaxt əliboş qonaq getmə, bu, hörmətsizlikdir”.

-“Gözləmə ki, xanımın sənə mənim kimi davranacaq, bu heç vaxt baş verməyəcək. Çünki səni o doğmayıb”.

– “Xanımına keçmişindən danışma, keçmişini unut”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights