ELAZ.İNFO xəbər verir ki, Ermənistanın, həm də Azərbaycanın keçmiş Sovet respublikalarının sərhədlərini göstərən xəritələri var və sərhədlərin müəyyənləşdirilməsi prosesi məhz bu xəritələr əsasında davam etdiriləcək.
Bunu Ermənistanın baş naziri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Əgər birdən-birə bəzi ərazilərin mütənasib şəkildə, yəni 1 kv.km ərazinin başqa 1 kv.km ərazi ilə dəyişdirilməsi arzusu yaranarsa, bu məsələ ilə bağlı biz xalqımıza müraciət etməliyik ki, vətəndaşların belə bir qərara razı olub-olmadığını öyrənək”, — deyə Paşinyan bildirib.
N.B