Sözlərimiz də, əməllərimiz də birliyə, həmrəyliyə xidmət etməlidir. Milləti qaçqın-köçkün-bakılı-qarabağlı bölgülərinə bölmək olmaz. Hər kəs sözündə, paylaşımında diqqətli olmalıdır.
Çünki son 200 ildə tarix və tale ilk dəfədir ki, üzümüzə gülür. Biz işğala son qoyan, yaralarını sarıyan, yenidən dirçələn bir ulusa çevrilirik, növbəti dəfə bütün Qafqazın hakimi oluruq, Bütöv Azərbaycan idealımıza yaxınlaşırıq, Türk dünyasının beyin mərkəzi kimi qəbul edilirik.
Belə tarixi, həlledici bir vaxtda populyar olmaq azarı ilə alışıb-yanan hansısa təxribatçı jurnalistin, blogerin və ya ictimai fəalın bizim birliyimizə və hədəflərimizə zərbə vurmasına əsla imkan verməməliyik.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi