ELAZ.İNFO xəbər verir ki, “Biz Əngəlli Deyilik, Fərqliyik” adlı sosial yönümlü inklüziv tədbir keçirilib.
Tədbir, Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin dəstəyi, “EMEDIA GROUP” Media Təşkilatı, “Gizli Bahçe” Restoranının təşəbbüsü ilə, “ARTMEP” şirkəti və “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xüsusi Qəlblərin Bilik Günü” layihəsi çərçivəsində həyata keçirildi.
Tədbirdə millət vəkili – Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev, millət vəkili – Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Vüqar İskəndərov, millət vəkili – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Günay Ağamalı, Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının sədri Elmar Məmmədov, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, media təmsilçiləri, iş adamları, eləcə də dövlət və özəl sektorun nümayəndələri iştirak etdilər. Bu geniş miqyaslı iştirak tədbirin cəmiyyətin bütün təbəqələri üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.

Bu, sadəcə bir tədbir deyildi – bu, bir əməli1səviyyəli sosial həmrəylik nümunəsi, inkişafa yönəlmiş humanist yanaşmanın bariz ifadəsi idi.
Tədbirin musiqi proqramında müxtəlif tanınmış ifaçılar və musiqi qrupları iştirak edərək balacalara sevinc bəxş etdilər. Canlı musiqi, rəngarəng ifalar və emosional səhnələr tədbirin emosional dəyərini qat-qat artırdı. Musiqi burada yalnız əyləncə vasitəsi deyildi – o, sosial inteqrasiyanın, birgə yaşamanın və qarşılıqlı anlayışın simvoluna çevrildi.
İnklüzivlik – bərabər hüquqlu cəmiyyətin əsasıdır Bu tədbir bir daha göstərdi ki, inklüzivlik sadəcə sosial xidmət deyil – bu, dəyərlərə əsaslanan, ədalətli və hər kəs üçün bərabər imkanlar təmin edən bir cəmiyyətin təməl prinsipidir. Burada səhnədə olan hər bir uşaq “xüsusi qayğıya ehtiyacı olan” deyil, xüsusi gücə və bacarığa sahib fərdlər kimi qarşılandı.
Layihənin təşkilatçıları bildiriblər ki, bu təşəbbüs bir dəfəlik tədbir deyil – bu, davamlı sosial platformaya çevriləcək. Məqsəd odur ki, növbəti mərhələlərdə daha geniş coğrafiyanı əhatə edən tədbirlər təşkil olunsun, daha çox ailə və uşaq bu hərəkatın bir hissəsinə çevrilsin və inklüziv yanaşma cəmiyyətin bütün qatlarına sirayət etsin.
Ruslan MƏMMƏDOV