Bitcoin-in qeyri-müəyyənliyi sona çatdı: O, pik həddinə çatdı…

ELAZ.İNFO xəbər verir ki, kriptovalyuta bazarının lider sikkəsi olan bitkoin həftəyə meteorik yüksəlişlə daxil olaraq bütün zamanların rekordunu qırdı.
Həftəyə rekord həddə başlayan bitkoin 120 min dollar səviyyəsini keçib. Aparıcı kriptovalyuta 121 249,90 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu artım Bitcoin investisiya fondlarına (ETF) güclü maraqla təkan verib.
Yeri gəlmişkən bildirək ki, bitcoin-in yüksəlişinə siyasi proseslər də təsir etdi. ABŞ-ın keçmiş prezidenti Donald Trampın ikinci prezidentliyi əvvəlcə kriptovalyuta bazarlarında qeyri-müəyyənlik yaratmışdı. Bununla belə, zaman keçdikcə administrasiyanın kripto-dost siyasətinə dair gözləntilər investorların inamını artırmağa başladı. Bitkoinin uzun müddət ərzində 100.000 dollar ətrafında ticarət etdiyi bir dövrdən sonra, son artım investorlar üçün güclü bir siqnal rolunu oynadı. Riskli aktivlərin ümumi yüksəlişi ilə yanaşı, kriptovalyutalar yenidən investorların radarlarındadır.
Fond bazarlarında müşahidə edilən yeni zirvələrə paralel olaraq kriptovalyuta bazarları da aktivlik yaşadı. Analitiklər bildirirlər ki, bu təcil saxlanılarsa, Bitcoin ilin sonuna qədər daha yüksək səviyyələri sınaqdan keçirə bilər.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights