Bitcoin fırladı! İlin sonuna qədər bu rəqəmə çata bilər…


ELAZ.İNFO xəbər verir ki, Standard Chartered, Bitcoin-in ilin ikinci yarısında əhəmiyyətli bir yüksəliş yaşayacağını proqnozlaşdırır. Bank kriptovalyutalara institusional marağın artmasının qiymətləri yüksəldəcəyinə diqqət çəkir. Bazar bu gözlənti ilə Bitcoin-ə fokuslanıb.
Standard Chartered Bitcoin-in 2025-ci ilin ikinci yarısında bütün zamanların ən yüksək səviyyələrinə çatacağına güclü gözləntiləri olduğunu açıqladı.

Qeyd edək ki, bankın valyuta strateqi Geoff Kendrick deyib ki, “Bu yüksəlişin əsas sürücüsü Bitcoin mübadilə fondlarına (ETF) artan maraq və şirkətlərin xəzinə aktivlərində daha çox Bitcoin yerləşdirməsi nəticəsində baş verəcək kapital axını olacaq”.

O vurğulayıb ki, ilin ikinci rübündə müşahidə olunan axınların üçüncü və dördüncü rüblərdə daha da sürətlənəcəyini gözləyir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights