Biri ölüb,digəri isə yaralıdır

ELAZ.İNFO xəbər verir ki, Qusar rayonunda qanlı cinayət hadisəsi baş verib

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qusar rayonunun Yuxarı Tahircal kəndində yerləşən fərdi yaşayış evində balta ilə çoxsaylı xəsarətlər yetirərək Şirin Ömərov xüsusi amansızlıqla qəsdən öldürülüb., Şəlalə Morovaya isə ağır xəsarət yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vəkil Əlibəyov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights