ELAZ.İNFO xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Paşinyanla bir neçə gün öncəki telefon danışığından sonra özünün X (Twitter) hesabında etdiyi paylaşımda İrəvan hökumətinə açıq dəstəyini ifadə edib. Makron həmçinin Ermənistan baş nazirinin Azərbaycanla sülh prosesinə və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş fəaliyyətinə xüsusi diqqət çəkib.
“Mən onun Azərbaycanla sülhə nail olmaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim. Sülh və açıq sərhədlər təkcə region üçün deyil, daha geniş coğrafiya üçün də mühüm hadisə və örnək olacaq”.
Xatırladaq ki, Ermənistan hakimiyyəti bir neçə kilsə xadimini dövlət çevrilişinə çağırış ittihamı ilə həbs edib. Belə bir məqamda Aİ xarici siyasət komissarının İrəvana gəlişi Paşinyana siyasi dəstək kimi qiymətləndirilir.
Natvan BƏYDİLİ
