ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycanın görkəmli siyasi və dövlət xadimi; Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri, AXC Parlamentində “Müsavat” və bitərəflər fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.
Məhəmməd Əmin Rəsulzadə yanvarın 31-i 1884-cü ildə Novxanıda doğulmuşdur. Martın-ın 6-ı 1955ci ildə Ankarada əbədiyyətə gözünü yummuşdur.
Onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda istiqlal hərəkatının şüarı olmuşdur.
Sözardı: Rəsulzadə qırmızı istiladan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılması, repressiyalar, qanlı qırğınlar dovründə xalqın sovet-bolşevik rejiminə qarşı göstərdiyi şiddətli müqaviməti və verdiyi saysız qurbanları görərək, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğuna inandığını bildirirdi.
Natəvan Bəydili