Bu gün mənim doğum günümdür.
“Ömrümdən daha bir yarpaq düşdü” deməyəcəyəm…
Əksinə, bu il ömrümə elə izlər yazıldı ki, illər keçsə də silinməyəcək…
Bu il öyrəndim – kim nə qədərdir, kim nə qədər yox…
Güvəndim, sınadım, bəzən sarsıldım, bəzən dəstəkləndim…
Tanıdım – özümü də, susmağı da, güclü olmağın nə qədər sakit ola biləcəyini də…
İtirdim – səssizcə, vurmadan, qopmadan…
Amma qazandım – sevgi ilə, dürüstlüklə, gerçək insanlarla…
Bu il sevincli günlərim çox oldu – içdən güldüyüm, ruhumun işıqlanıb nəfəs aldığı günlər…
Qürurverici anlarım çox oldu – zəhmətimin dəyərini gördüyüm, içimdə “bacardım” deyə səssizcə fısıltı eşitdiyim anlar…
Və hər dəfə ruhum bir az daha böyüdü, bir az daha gücləndi…
Həyat yoluma toxunan hər kəsə təşəkkür edirəm – öyrədənlərə, gedənlərə, qalanlara…
Çünki hamınız bu ilimin bir parçası oldunuz.
Yeni yaşımda daha az izah, daha çox anlayış, daha az insan, daha çox dəyər istəyirəm…
Və bir az da səssiz xoşbəxtlik…
Cəmilə ÇİNGİZ