Biləsuvarda qaçış idman növü üzrə rayon birinciliyi keçirilib

ELAZ.İNFO xəbər verir ki, bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunan 5 km məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
200 nəfərdən çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Xırmandalı kəndinin giriş hissəsindən start verilib.Qaçış zamanı Heydər Əliyev parkında qurulmuş finiş xəttinə birinci və ikinci olaraq Nəsimi kənd sakinləri Hüseynov Seymur Turab oğlu, Fətullayev Tacəddin Azad oğlu, üçüncü olaraq isə Çaylı kənd sakini Həmidli Qadir Ramiz oğlu çataraq yarışın qalib olublar.

Sevinc QASIMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights