Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Elaz.info xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə Asif Əhmədov 3 aylıq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Asif Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub.

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək “Sığortanın təşkili və İnnovasiya” şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Məmmədtağı Əhmədov 18 mart tarixindən vəzifəsindən azad edilmişdir.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights