Ramazan — Hicri təqviminin doqquzuncu ayı, İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda müsəlmanların oruc tutmağa başladığı aydır. Bu ayda oruc tutmaq islamın beş şərtindən biridir. Ramazan ayı adətən 29, 30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır.
ELAZ.İNFO bildirir ki, Ramazan ayının 14-cü günü Biləsuvar Rayon İcra Hakimiyyəti iftar süfrəsi təşkil etdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov çıxış edərək oruc tutanların oruc və ibadətlərinin Allah tərəfindən qəbul edilməsi duasını etdi. Rayonun axundu tərəfindən iftar duası oxundu.
Sevinc QASIMOVA