ELAZ.İNFO xəbər verir ki, Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu Beynəlxalq Turnirinin qalibləri müəyyənləşib. Beş gün davam edən yarışda 9 ölkənin 175 idmançısı qüvvəsini sınayıb.
Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər rəsmi şəxslər izləyiblər.
Nadir HÜSEYNOV