ELAZ.İNFO xəbər verir ki, avqustun 20-də Almaniyanın Hamburq şəhərində mühacir iranlılar edama məhkum edilən azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədiyə dəstək aksiyası keçiriblər.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Onlarla almaniyalı insan haqları fəalının da qoşulduğu aksiyada beynəlxalq ictimaiyyətdən Məhəmmədinin həyatını xilas etmək üçün İran hökumətinə təzyiq göstərmələri istənilib.
Bununla yanaşı Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası da bəyanat yayaraq, azərbaycanlı məhbusa dəstək ifadə edib, Tehrandan onu azad etməyi istəyib.
Beynəlxalq dəstək bəyanatlarının davamında BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi May Sato da oxşar bəyanatla çıxış edib.
Emin AZƏRİ Ərdəbil