ELAZ.İNFO xəbər verir ki, tanınmış jurnalist Azər Həsrətin özünün sosial şəbəkə hesabında bildirib ki, “Dövlət Təhlükəsizliyi Xidmətini bu məsələylə məşğul olmağa dəvət edirəm. Belə olmaz axı. Azərbaycan vətəndaşları gedib Rusiyanın işğal etdiyi Gürcüstan torpaqları – Abxaziya və Güney Osetiya bölücülərinin “bayrağı” altında bir tədbirdə, onlarla bir sırada otura bilməzlər, oturmamalıdırlar!”
Məsələyə öz münasibətini bildirən Sahib Məmmədov söyləyib ki, “Beynəlxalq tədbirlərdə belə hallar olur. İştirakçıların nə günahı? Abxaziyaya getsədilər başqa məsələ. Yüzlərlə gürcü “artsax bayrağı olan” tədbirlərə qatılıb. Gürcülərin özləri Abxaziya və Osetiya bayraqları olan tədbirlərdə iştirak edirlər. Bir neçə dəfə mən gürcülərə “niyə belə dözüm göstərirsiniz” sualı vermişəm. Onların hamısının cavabı eyni olub. Deyiblər ki, “Biz elə etməliyik ki, onlar könüllü olaraq Gürcüstana inteqrasiya etsin”.
S. Məmmədov onu da deyib ki, “cəmi iki gün əvvəl mənimlə Polşada oxuyan gürcü həmkarla oxşar polemikam oldu fb-da”.
Sahib Məmmədov onu da əlavə edib ki, “Əlbəttə, bir halda ki, gedib gördülər bu mənzərəni, gərək kollektiv şəkil çəkdirməzdilər. Bu artıq mənəvi məsələdir”.
İlahə BAYINDIR