ELAZ.İNFO xəbər verir ki, hər ilin bu günü bütün dünyada simvolik şəkildəBeynəlxalq Pul Günü olaraq qəbul edilir və qeyd olunur.
Dəqiq şəkildə dünya xalqlarının həyatına nə zaman və necə şəkildə girdiyi bilinməyən bu əmtəə nişanının tarixin bu günündə öz missiyasına başlaması ehtimal edilir.
Məlumat üçün bildirək ki, pul vasitəsi ilə baş verən ilk al-verin hansı formada reallaşması ilə bağlı məlumatlar bizə gəlib çatmayıb, amma hər halda o kiçik nüans bu günü əlamətdar hadisəyə çevirib. Və tarixin yaddaşında özünə yuva salıb.
Əli İBRAHİMOV