“Beynəlxalq ailə günü”nə həsr edilmiş dəyirmi masa kecirildi

ELAZ.İNFO, BAKI, 15.05.2025.

“Sağlam Gələcək Naminə” QHT Koalisiyası tərəfindən “Beynəlxalq ailə günü”nə həsr edilmiş dəyirmi masa kecirildi.

ELAZ.İNFO xəbər verir ki, Beynəlxalq ailə günü”münasibəti ilə kecirilən tədbirın acılışıni ” Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, Respublikanın Əməkdar müəllimi Esmira Rəhimova etdi və Azərbaycan ailəsinin indiki vəziyyəti, mənəvi dəyərlərin qorunması, problemlər və həlləri yolları haqqında qısa məlumat verdi. Dəyirmi masanın kecirilməsinin məqsədini acıqladı. Dəvət olunan qonaqların, təcrübələrindən yararlanmağa, ictimai birlik kimi gələcək maarifləndirmə planlarını qurarkən, verilən təkliflərin önəmli olduğunu vurğuladı.
“Sağlam Gələcək Naminə” QHT Koalisiyasının sədri, Nərminə Qəribova, hüquqşünas, Ailə məsləhətçisi olaraq, öz işi haqqında geniş məlumat verdi və bu gün bu dəyirmi masanın kecirilməsini çox önəmli olduğunu vurğuladı. Müxtəlif məsələlərə hüquqşünas kimi yanaşaraq, sağlam ailə ilə və boşanmış ailədə olan uşaqların psixoloji vəziyyətinin müqayisəsi etdi.
“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri psixoloq, Vüsalə Əmiraslanova Azərbaycan ailəsinin hal- hazırkı vəziyyəti, müxtəlif problemlərin olduğunu və həlli yollarının necə tapılması haqqında geniş məruzə etdi.
Dəyirmi masa ətrafında Azərbaycan Dövlət Pedoqoji Universtetinin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, Respublikanın Əməkdar müəllimi Zülfiyə Vəliyeva, Hüquqşünas, mediatr Qulu Süleymanov, “Kistik Fibroz Xəstələrinə Yardım” İB-nin sədri, Bayramova,”Yaşıl Dünya Ekoloji Maarifləndirmə” İctimai Birliyinin sədri Elman Cəfərli,
Aybəniz Camalova, Hüquqşünas-mediator Xəlil Süleymanov,
İnkişafa gedən yolda mənəvi dəyərlərin qorunması, azərbaycan kişisi dünən və bu gün, məişət zorakılığının əsas səbəbləri, sağlam və boşanmış ailədə uşaqların psixoloji vəziyyətin, sağlam ailə mühitinin, uşaqların müalicəsində effektivliyin artması, haqqında məruzə etdilər

Cıxışlarda media və sosial şəbəkələrin gənclərə təsirindən , ailələrdə olan problemlər, kənar şəxslərin müdaxiləsi və boşanmaları haqqında danışıldı. Eyni zamanda,
ailə münasibətlərini qarşılıqlı hörmət və məhəbbət hissləri əsasında qurulmasından, azərbaycan gəncliyinin dünən və bu gün olan fərqliliyi haqqında geniş məruzə edildi.

Sonda kollektiv xatirə şəkili cəkildi.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights