Beşulduzlu kurortun ictimai yerlərində çılpaq gəzdi…

ELAZ.İNFO xəbər verir ki, EasyJet kapitanlarından birinin lüks bir oteldə sərxoş və çılpaq gəzdiyi bildirildikdən sonra onu vəzifəsindən uzaqlaşdırıb.

Britaniyanın “The Sun” qəzetinin yazdığına görə, adı açıqlanmayan pilot avqustun 5-də səhər saatlarında uzun gecə barda içki içdikdən sonra Kabo-Verdedəki beşulduzlu kurortun ictimai yerlərində çılpaq gəzərkən görüntülənib.

Əldə olunan məlumata görə pilotun 36 saat sonra Gatwick-ə geri uçması planlaşdırılırdı, lakin büdcə aviaşirkəti insidentlə bağlı şikayətlər aldıqdan və əvəzedici pilot tapdıqdan sonra onun uçuşu ləğv edilib.

EasyJet sözçüsü BBC-yə bildirib ki, pilot hazırda təhqiqat altındadır, və sərnişinlərin və ekipajın təhlükəsizliyi onun “ən yüksək prioriteti”dir.

Qəzetə müsahibə verən mənbə bildirib ki, “Pilotun üstündə bir paltar yox idi və spirtli içki qoxulu idi. Uçuşdan əvvəl səhər erkən saatlarda onu çılpaq əylənərkən görən heç kəs heç vaxt onun nəzarəti altında olan təyyarəyə minməyi xəyal etməzdi”.

Onu da qeyd edək ki, pilot avqustun 6-da günortadan sonra Gatwickə geri uçmalı idi, lakin göstərilən səbəblərdən təyyarədən çıxarılıb.

Gülzar İSAYEVA

Bizimlə oxuyun
Verified by MonsterInsights