“Beşinci kolon”u deşifrə etmək vaxt tələb olunur

Sovetlərin xiffəti ilə yaşamağın, “5-ci kolon” üzvü olmağın və aşırı Rusiya heyranlığının, putinpərəstliyin sonunun heç də yaxşı olmadığı, əslində, hər kəsə ibrət olmalıdır.

Rus imperiyaçılığının simvolu olan “Georgi lenti” ilə və sovet himni, sovet bayrağı ilə 9 May tədbiri keçirən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun istintaq dövrü üçün həbs müddəti məhkəmənin qərarına əsasən, əlavə 3 ay uzadılıb.

Azərbaycanda yaşayıb özgə millətə, yad dövlətə xidmət edənlər bunu ya maliyyə şirnikləndirməsinin, pulun qarşılığında edirlər, yadaki ideoloji təbliğatın və ya şantajın nəticəsində bu işə razı olurlar. Xaricə ixrac olunan Azərbaycan neftini Rusiyanın “sifarişi” ilə çirkləndirən Adnan Əhmədzadənin bədnam tarixçəsi də buna əyani misaldır.

Ümumiyyətlə, ölkədə “beşinci kolon”un üzvlərinin sayı düşündüyümüzdən də qat-qat çoxdur. Rusiyanın, İranın və bir sıra başqa ölkələrin “təsir dairəsi”ndə olan çoxlu sayda insanlar var. Səmədlərin, adnanların sayı bir deyil, iki deyil.

Onların bir çoxunu deşifrə etmək, neytrallaşdırmaq üçün uzun vaxt tələb olunur.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights