Beşiktaşda oynamaq istəyir!

Beşiktaş prezidenti Serdal Adalı Kerem Aktürkoğlu ilə bağlı açıqlama verdi.

“Beşiktaş”ın prezidenti Serdal Adalı son vaxtlar adı “Fənərbaxça” ilə hallanan Kerem Aktürkoğlu ilə bağlı gözlənilməz açıqlama verib. Adalı milli ulduzun “Beşiktaş”da oynamaq istədiyini bildirib. Bu arada Serdal Adalı “ağ-qaralar”la bağlı çoxsaylı sualları cavablandırarkən diqqəti çəkən açıqlamalar verib.


“Benfika ilə Orkunla bağlı danışıqlar apararkən Kerem Aktürkoğlunu da müzakirə etdik. Mənim təəssüratım odur ki, Keremi bu mövsüm buraxmayacaqlar. Onların da o sahədə zədəsi var idi. “Benfika” ilə danışıqlar aparmadıq, çünki Kərəmə çox ehtiyacları olduğunu söylədilər. “Benfika” artıq bilir ki, Kerem Türkiyəyə gəlsə, bizim üçün oynamaq istəyir.


“Biz “Beşiktaş” üçün çox çətin bir zamanda vəzifəyə başladıq. Vəzifəyə gəldiyimiz gündən “Beşiktaş”ın maliyyə və idman məqsədlərinə çatmasına kömək etmək üçün intensiv şəkildə çalışırıq. Transfer pəncərəsi dövründə bu intensivlik daha da artıb. Ən yaxşı qərarları vermək üçün diqqətlə çalışırıq”.

Nadir HÜSEYNOV

Bizimlə oxuyun
Verified by MonsterInsights