Site icon

Bərdədə külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev özünün sosial şəbəkə hesabında bildirib ki, baxış zamanı onlardan 4 kq 340 qram həşiş, 3 kq 250 qram marixuana, 1 kq tiryək aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirərək satışını təşkil etmək məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilin əvvəlindən Bərdə rayonu ərazisində keçirilən tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bizi izləyin və paylaşın
Exit mobile version