Benyamin Netanyahu: -“Fələstin dövləti olmayacaq”

ELAZ.İNFO xəbər verir ki, İsrail prezidenti Benyamin Netanyahu, tanınma qərarına cavab olaraq, İordan çayının qərb sahilinin işğal olunmuş Fələstin ərazilərini ilhaq etməklə hədələyib. O -“Fələstin dövləti olmayacaq” -deyə bəyan edib.

İllərdir Fələstin dövlətinin qurulmasına mane olduqlarını və buna imkan verməyəcəklərini iddia edən Netanyahu, işğal etdikləri Fələstin torpaqlarında qeyri-qanuni yəhudi məskunlaşmalarının sayını iki dəfə artırdıqlarını və bu yola davam edəcəklərini bildirib.

Netanyahu, ABŞ-dan geri döndükdən sonra ölkələrin Fələstin dövlətini tanımaq qərarlarına cavab verəcəyini, “Gözləyin və görək” deyərək İordan çayının qərb sahilini ilhaq etməklə bağlı üstüörtülü hədə-qorxu gəldiyini bildirib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights