Belə bir İran bütün dövlətlərlə dost və müttəfiq olacaq!

ELAZ.INFO

1925 çi ildə Azərbaycan xalqının qurmuş olduğu Qacarlar dövlətində məxməri inqilab edərək İngilis cəsuslarının yaratdığı İran millətçi rejimə, (Mehtər Rza “şah” masqasında) 1979 cu ildə molla görkəmi verdilər. Bu gün bu “İslam” respublikasının heç bir rəhbər işcilərində qətiyyən nə diplomatiya, nə siyasət, nə də geosiyasi təfəkkür vardır. Bu gün rejim özünün sonunu yaxınlaşdırır! Güney Azərbaycan 1925 çi ildə məkirli siyasətlə əllərindən alınan hakimiyyətlərini mütləq bərpa etməlidir! Əks halda İran xalqı hər zaman geosiyasi müharibələrin “aləti” olacaq və əziyyət çəkəcək. İran dövləti isə heç vaxt müstəqil, azad, qüdrətli dövlət olmayacaq. Bu gün İranda bütun rəhbər işçilər, bütün siyasətçilər hadisələrə ancaq dini prizmadan baxaraq ölkəni hisləri və duyğuları ilə idarə edirlər. Belə idarəetmə ölkəni fəlakətə aparır. Bəs Şimalı Azərbaycan Respublikasının müstəqil siyasətçiləri, QHT-ləri, siyasi partiyaları İranda hansı diplomatiq, siyasi, hansı yumşaq hibrit siyasətlə hansı işləri görüblər? İran farslaşdırılan tarixi Azərbaycan dövlətidir. Geosiyasi güclərin cəsusları onu özləri üçün millətçi rejimə çevirib. Biz bununla razılaşırıq?! Şimali Azərbaycanın bütün siyasi partiyaları, İranın içində sosial bazada insanların dövlətcilik, müstəqillik düşüncələrinin formalaşmasında, bu düşüncələrin inkişafı üçün bütün istiqamətlərdə işlər görməlidir. Biz yumşaq hibrit siyasətə üstünlük verməliyik. Biz bizim olanı almaq üçün bu istiqamətdə hərəkətdə olmalıyıq! Əks halda bizim tarixi halal cənubda olan torpaqlarımıza Kürdlər və digər etnik xalqlar sahiblənəcək!
Bu gün İran hisslərlə idarə olunur. Bu gün İran dəstəyi olmayan qılınc kimidir. Ona görə də ehtiyatlı olmaqla Güney Azərbaycanlılarla daha yaxın olmalıyıq. Türk Dövlətləri Təşkilatı İranda butün hüquqlara haqqı olan 60 milyon türkləri beynəlxalq aləmdə köməksiz qoymamalıdır! TDT və butün Türk dövlətləri İranda olan Türklərin 100 il pozulan ən adi hüquqlarını qorumalıdır!
Butün istiqamətlərdə fəaliyyətdə olmalıyıq ki, İran azərbaycanlıları təşkilatlansın! Yeni dünya nizamının konturları çəkildiyi proseslərin getdiyi bu günlərdə, İranda Türklerin də hüquqları nəzərə alınmalıdır! Güney Azərbaycan Türkləri öz hakimiyyətlərini yenidən bərpa etməlidir! Belə bir İran bütün dövlətlərlə dost və müttəfiq olacaq!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights